Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.