Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur

Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur
02.09.2024 13:03
Aa
dəq

Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.

“2023-cü ilin noyabrından etibarən iki ölkə vətəndaşları bir-birinin ərazisinə vizasız səyahət imkanı əldə ediblər. Birbaşa aviareyslərin açılması əlaqələri genişləndirə bilər. Aidiyyəti qurumlarla danışıqlar bu sahədə davam edir. Yaxın zamanda nəticələrin şahidi olacağıq”, - o qeyd edib.

Həftənin ən çox oxunanları