Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
30.11.2023 13:16
Aa
dəq

Azərbaycanın Keniyada fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev bu ölkənin Baş naziri və eyni zamanda xarici işlər və diaspora naziri Musalia Mudavadi ilə görüş keçirib.

Səfirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, səfir Hacıyev Azərbaycan ərazilərinin 30 illik işğaldan azad edilməsi nəticəsi olaraq regionda sülh və əməkdaşlıq üçün unikal fürsətin yaranması, Azərbaycan tərəfinin bu fürsətdən istifadə edilməsi üçün səyləri haqqında müqabil tərəfə məlumat verib. Bu xüsusda, minatəmizləmə proseslərinin bərpa və yenidənqurma proseslərinə mənfi təsiri xüsusilə qeyd edilib.

Görüşdə əsas mövzulardan biri tərəflərin dinamik inkişafda olan əməkdaşlıq əlaqələrinin orta və uzunmüddətli məqsəd və prioritetlərinin nəzərdən keçirilməsi və onların bir necəsinin daha da inkişaf etdirilməsi üzrə əməli tədbirlərin əhəmiyyətini əhatə edib. Görüş zamanı 2024-cü ildə Keniya Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edilməsi iki dost ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi, onun yeni sahələri ehtiva etməsi üçün münbit şərait yaradacağı qeyd edilib. Bu xüsusda, Azərbaycan və Keniya arasında həm işgüzar, həm də turizm məqsədli səfərlərin təşkili, bunun üçün müvafiq inzibati məsələlərin həllinin vacibliyi qeyd olunub. Keniya Respublikasının müvafiq nümayəndə heyətlərinin son zamanlar Azərbaycanda keçirilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirakı məmnuniyyətlə qeyd edilib, bu qəbildən olan təmasların daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Baş nazir Mudavadi və səfir Hacıyev Keniya və Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi ilə əlaqədar fikir mübadiləsi aparmışdı. Qeyd edilmişdi ki, dinamik inkişaf edən əlaqələrin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Bu, informasiya və kommunikasiya texnologiyaları, enerji, turizm, investisiya, kiçik və orta biznesin əməkdaşlığı, ticarət, mədəniyyət, idman və bir çox digər sahələrdə özünü büruzə verir. Bu əlaqələrin inkişafında tərəflərin maraqlı olduğu bildirilərək, mövcud olan, o cümlədən yuxarıda qeyd edilmiş sektorlar üzrə tərəfdaşlığın yaxın gələcəkdə daha da fəallaşması məqsədilə növbəti addımlar nəzərdən keçirilmişdi.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu