Azərbaycanda yol təsərrüfatına 700 min manat ziyan vurulub

Azərbaycanda yol təsərrüfatına 700 min manat ziyan vurulub
01.03.2023 12:20
Aa
dəq

2022-ci ildə Azərbaycanda yol təsərrüfatına 699,15 min manat ziyan vurulub ki, bunun da 506 min manatı və yaxud 72 %-i ödənilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 66 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Ötən il ölkədə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 626 yol-nəqliyyat hadisəsi (Bakı şəhərində 107) baş verib. Bunun nəticəsində 8 148 pm əyrixətli tirlər, 110 ədəd beton bordür, 161 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 34 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə və 38 m körpü məhəccəri yararsız hala düşüb.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu