Operativ Məlumat Mərkəzi

Azərbaycanda yol təsərrüfatına 700 min manat ziyan vurulub

2 dəq
Paylaş:
Azərbaycanda yol təsərrüfatına 700 min manat ziyan vurulub

2022-ci ildə Azərbaycanda yol təsərrüfatına 699,15 min manat ziyan vurulub ki, bunun da 506 min manatı və yaxud 72 %-i ödənilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görəməhkəmələrə, 66 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət İdarəsinə müraciət olunub.

Ötən il ölkədə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 626 yol-nəqliyyat hadisəsi (Bakı şəhərində 107) baş verib. Bunun nəticəsində 8 148 pm əyrixətli tirlər, 110 ədəd beton bordür, 161 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 34 ədəd , 7 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə və 38 m körpü məhəccəri yararsız hala düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax