Azərbaycanda yas mərasimlərində ehsan verilməsi qadağan edilə bilər? - AÇIQLAMA

Azərbaycanda yas mərasimlərində ehsan verilməsi qadağan edilə bilər? - AÇIQLAMA
15.08.2024 22:35
Aa
dəq

Göygöl rayonunda və Gəncədə eyni gündə keçirilən yas mərasimlərində kütləvi zəhərlənmə ehsan qadağası mövzusunu yenidən gündəmə gətirib. Yas mərasiminin sahibi deyib ki, dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar olub. 

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürdü. Hətta rayon icra hakimiyyətlərində hüzrdə ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar belə yaradıldı. Bu qərar ilə razılaşanlar da oldu, razılaşmayanlar da. Müəyyən qədər bu addım özünü doğrultsa da, insanlar yenidən dinin təbliğ etmədiyi, kütlənin təbliğ etdiyi adətləri davam etdirməyə başladılar. Çünki onlara görə din bunu tələb edir. 

İddialara görə, qaydalara dəyişiklik edilməsi şeyxülislam Allahşükür Paşazadənin narazılığına səbəb olub. Buna görə də qərarın icrasız qalmasında günahlandırılan şəxs də elə ilk növbədə şeyxdir. QMİ bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscidlərdəki mərasim evlərində bir çox hallarda hətta dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir.

Yas mərasimlərində yemək süfrələri qurmaq haramdır - Mübariz Qurbanlı

Ümumiyyətlə dində ehsan məcburiyyəti var? Ehsan qadağası nə dərəcədə doğrudur? Bununla bağlı addımlar atıla bilər?
  
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən ilahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, yas yerlərində israfçılığın qarşısının alınması vacib hal kimi qəbul olunmalıdır:

“Adət-ənənələrimiz İslam dininin qayda-qanunlarına uyğun olaraq həyata keçirilməlidir. Dünyasını dəyişmiş yaxınlarımızı Allahın buyurduğu kimi yola salmalıyıq. Əvvələr belə bir adət var idi ki, dünyasını dəyişənin qohumları və qonşuları yemək bişirib gətirirdilər. Məqsəd isə uzaqdan-yaxından gələn insanların ac, susuz qalmamasıdır. Müasir dövrdə elə bir şərait yaranıb ki, şadlıq sarayları mərasim yerlərinə çevrilib. Bundan da insanlar mənfəət üçün istifadə edib, xeyli gəlir əldə edirlər, amma qida təhlükəsizliyinə riayət etmirlər. Buna görə də mərasim evlərinə dövlət səviyyəsində nəzarət gücləndi, hətta icra başçıları özləri bu işdə aktiv fəaliyyət göstərdi”. 

Azərbaycanın sələfi lideri bir qrup ilahiyyatçı alimi hədələdi -  08.04.2016, Sputnik Azərbaycan

İlahiyyatçı deyir ki, amma bu məsələlərə Allahşükür Paşazadə riayət etmədi. Səbəbi də QMİ-nin mərasim evinin olmasıdır. İnsanlar da baxdılar ki, artıq buna riayət etmirlər, ona görə də ehsan verməyə davam etdilər. Yeməklərin təhlükəsizliyində isə birbaşa məsuliyyət daşıyan mərasim evləri və Qida Təhlükəsizliyi Agentliyidir. Təbii ki, Azərbaycanın bu qədər bölgəsində nəzarəti gücləndirmək isə qeyri mümkündür. Bugünki gündə bir çox bölgələrimizdə yas mərasimləri təntənəli qeyd olunmur, yemək verilmir, həmin bölgənin imamları insanları maarifləndirirlər ki, yemək vermək, bu qədər çox ehsan vermək bizim dinimizdə yoxdur. İçilən bir stəkan çay ilə yas sahibinə başsağlığı vermək olur. Amma bu gün yenə də bu problemlər qabardılır:

“Problemlərin qabardılmasının səbəbkarları isə insanlardır. Çünki özləri sadalananların heç birinə əməl etmirlər. Hamı deyir ki, dünyasını dəyişən atamdır, valideynimdir, ona görə də, böyük ehsan verəcəm. Hətta elə yerlər var ki, insanlar yas mərasiminə gəlirlər, yemək olmayanda narazılıq edirlər. Bu məsələ də insanları qınamaq da absurddur. Çox insan dünyasını dəyişən yaxınlarına görə borc alırlar, əlavə xərcə düşürlər. Ümumiyyətlə bu məsələ problemlidir. Vaxtı ikən dövlət qurumları bu məsələ ilə bağlı mövqeyini ortaya qoydu. Mütəxəssis olan şəxslər bu məsələ ilə bağlı konkret müzakirələr aparmalı, konfranslar təşkil edilməli, cəmiyyət maarifləndirilməlidir. Biz deyirik ki, şəriətdə belə adət yoxdur, amma insanlar deyir ki, biz belə görmüşük, belə də edəcəyik. Bununla bağlı çox ciddi addımlar atılmalıdır”. 

Ə.Həsənov deyir ki, zəhərlənmə təkcə yas mərasimlərində yox, başqa məkanlarda da insanların başına gələ bilər. Burada yas sahibi məsuliyyət daşıyır. Yas mərasimlərinin təntənə ilə keçirilməsi isə bizim dinimizdə yoxdur. İslam nöqteyi nəzərindən bu düzgün deyil. Ümumiyyətlə dinimizdə israfçılığa yol verməmək buyurulub. Əlavə olaraq dinimizdə üç gündən artıq yas saxlamaq belə yoxdur. Bu kimi məsələlərdə daha diqqətli olmalı, cəmiyyəti maarifləndirməliyik və ortaq məxrəcə gəlməliyik. 

Digər müsahibimiz ilahiyyatçı, dinşünas Elşad Mirinin sözlərinə görə, bunun üçün ciddi maarifləndirmə işləri aparılmalıdır:

Elşad Mirinin sözləri qalmaqal yaratdı: “Bunu söyləyən müsəlman deyil” -  GlobalInfo.az

“Ancaq maarifləndirmə işi aparıldığı təqdirdə yenə də nəticə əldə edilmirsə, bu məsələni Naxçıvanda edildiyi kimi həll etmək lazımdır. Məsələn, Naxçıvanda ehsan verilməsi qadağan edilib və rəhbərlikdəki şəxs dəyişsə də, həmin qaydalara riayət edilir. Yəni, orada yemək anlayışı aradan qaldırılıb. İnsanlara sadəcə çay və çayın yanında xurma təqdim olunur. Yemək üçün xüsusi israf və ya əziyyət çəkilmir və məsələ də həll olunur”. 

İlahiyyatçı deyir ki, əslində ata-babalarımızın vaxtında, qonşuluqda kimsə dünyasını dəyişdiyi zaman onun ailə üzvləri ehsanla bağlı heçnə etmirdilər. Çünki qohum-qonşu onlara yardım edirdi. Biri qənd, biri yemək gətirirdi. Həmin insan da ehsanla bağlı heç bir problem yaşamırdı. Bundan başqa, qonşu ölkələrdə bələdiyyə anlayışı var. Onlar bu işi öhdəliklərinə götürürlər və hüzürü düşən insanların üzərinə də hansısa əziyyət düşmür.

İlahiyyatçı Ağa Hacıbəyli isə saytımıza açıqlama verərkən bildirib ki, yas mərasimlərində ehsanların və yeməklərin verilməsinin tarixi əslində keçmişə dayanır. Pandemiya dövründə bu məsələ ilə bağlı uğurlu addımlar atıldı, amma müəyyən vaxt keçdikdən sonra yenə eyni hallar baş verdi və ehsan süfrələrinin verilməsi ifrat həddə çatdı:

“Düşünmürəm ki, zəhərlənməyə görə ehsan süfrələrini qısıtlamaq lazımdır. Çünki toy mərasimlərində də israfın və kütləvi zəhərlənmə hallarının şahidi ola bilirik. Xüsusən də içkilərdən insanlar zəhərlənir, amma içkiyə qadağa qoyulması üçün iddia qaldıran şəxslər görmürük. Ölkəmizdə din adına danışan xeyli xətiblərimiz və imamlarımız var. Onlar istəsələr, bölgələrdə ehsan məsələsi ilə bağlı təbliğat və təşviqat işləri aparıb, qısa zaman içərisində bu məsələnin müəyyən bir qismini həll edə bilərlər. Amma görünür ki, bizim dini təbliğ edən "dindar"larımızın bu məsələdə müəyyən maraqları olduğu üçün hələ də məsələ öz layiqli həllini tapmayıb”. 

Faiz alıb-vermək Rəbbə qarşı müharibədir' - Ağa Hacıbəyli

Ağa Hacıbəyli deyir ki, məsələnin həll yolları isə əlbəttə var. Bunun qanun ilə həll olunması gözəldir. Amma qanun inanca, etiqada tərs formada aşılanırsa, insanlar bunu gizli formada da olsun edəcəklər. Vətəndaşlarımıza dinimizi doğru öyrətsək, yanlışları təbliğ etməsək, görəcəyik ki, bu məsələ öz həllini tapır. Bəs dində bu məsələnin çözümü nədir? Peyğəmbərimiz buyurur ki, bir insan vəfat etdiyi zaman siz oraya yemək aparın, qardaşınızı tək buraxmayın, çünki o insan hüzn, dərd, kədər içərisindədir. Müsəlman dünyasında sən gəl mənə yemək ver demək yox, hüzünlü adama dəstək olmaq nəzərdə tutulub. Dinin təbliğ etdiyi qaydalar budur.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu