Azərbaycanda quraqlıq ola bilər? - AÇIQLAMA

Azərbaycanda quraqlıq ola bilər? - AÇIQLAMA
01.08.2024 15:50
Aa
dəq

"2040-cı illər üçün quraqlıq indeksini kosmik şəkillərə görə müəyyən etmək mümkün deyil. Bunun üçün xüsusi proqnoz modellərindən istifadə olunur".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib.

Ekspertin sözlərinə görə, ola bilsin ki, həmin dövrə qədər atmosferə atılan karbon qazı emissiyaları xeyli azalsın və quraqlıq riski bununla azalmağa başlasın.

"Belə bir ssenari var - biznes olduğu kimi. Biznes olduğu kimi o deməkdir ki, əgər biz heçnə etməsək və atmosferdə karbon emissiyalarının artması davam edərsə, əlbəttə ki, bizi çətinliklər gözləyir və Azərbaycanda da quraqlığın riski artacaq".

Rövşən Abbasov bildirib ki, Azərbaycanda su stressinin kəskin artması gözlənilir və bu, 2,5 ola bilər. Hazırda Azərbaycan bu göstəriciyə görə 18-ci yerdədir. Hətta təxminən dünyanın ilk onluğuna düşə bilər. Su stressinin indeksi maraqlı bir xüsusiyyəti də var ki, onun surətində çay və göllərdən, su mənbələrindən götürülən suyun miqdarı durur. Bu, o deməkdir ki, biz paralel olaraq su mənbələrimizdən götürülən suyu azaltmalıyıq ki, su stressimiz aşağı düşsün. Bunu azaltmağın yolları çoxdur. Bu yollardan biri odur ki, biz öz iqtisadiyyatımızı az sulu bir modelə keçirməliyik.

“Hesabatımızı elə etməliyik ki, suvarmadan çox asılı olmasın. Bu baxımdan misal çəkmək olar ki, xurma istehsalı Azərbaycanın Zaqatala, Balakən rayonunda formalaşmışdır. O zaman bu ağacların bitməsi üçün su lazım deyildi, ancaq hazırda həmin regionda xurma istehsalı çox zəifləyib. Bunun əvəzinə Göyçay rayonunda xurma əkilir, lakin Göyçayda xurmanın əkilməsi üçün külli miqdarda su lazımdır və bu da çox çətinliklər yaradır. Ola bilsin ki, Göyçayda su çoxdur, ancaq suyun çoxluğu o demək deyil ki, biz bunu işlətməliyik, xeyr. Göyçayda nə qədər su işlədəcəyiksə, digər regionlarımızda su stresi bir o qədər artacaq”, - deyə ekspert qeyd edib.

Ekoloq hesab edir ki, su menecerlərimiz bilməlidir ki, onlar suyu götürmək haqqında yox, daha çox götürməmək haqqında düşünsünlər. Su itkilərini azaltsınlar, su itkilərinin harada baş verdiyinin səbəblərini aşkarlasınlar və bunun fonunda əlbəttə ki, torpaq kanallarının beton kanallara keçirilməsi, müasir suvarma üsullarından istifadə, getdikcə suya artan tələbatın ən müxtəlif taktiki həllər vasitəsilə azaldılması, bizi su stressinin azalmasına aparan bir yoldur.

Aminə Nəzərova

Ekspert Kürdə suyunun azalmasının səbəbini AÇIQLADI

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu