Azərbaycanda "Apple" loqosundan qanunsuz istifadə

Azərbaycanda "Apple" loqosundan qanunsuz istifadə
13.02.2023 10:53
Aa
dəq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müracətlərin araşdırılması zamanı bəzi sahibkarlıq subyektləri tərəfindən reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi- OMM"-ə Dövlət Xidmətindən bildirilib.

Qeyd edək ki, “Apple” loqosunun təsviri, habelə “Apple” və “İphone” sözləri beynəlxalq əmtəə nişanı kimi “Apple Inc.” şirkətinin adından müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan ərazisində qüvvədədir. Həmin əmtəə nişanları Azərbaycanda qanunvericiliklə qorunur. Reklamlarda bu əmtəə nişanlarından yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.

Dövlət Xidməti sahibkarlara reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir.

Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Qanuna əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu