Operativ Məlumat Mərkəzi

Azərbaycanda 9 sığorta vasitəçisinin lisenziyaları ləğv edilib

1 dəq
Paylaş:
Azərbaycanda 9 sığorta vasitəçisinin lisenziyaları ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 8-i fiziki şəxs və 1-i hüquqi şəxs (“Otokoç Azərbaycan” MMC) olmaqla 9 sığorta agentinə sığorta vasitəçisi fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar iyulun 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər