Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyə arasında elektrik enerjisi sahəsində imzalanma olub

1 dəq
Paylaş:
Azərbaycan və Türkiyə arasında elektrik enerjisi sahəsində imzalanma olub
bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar...

Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə “Azərenerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalandı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə birgə strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığımızı dəyərləndirdik. Cənub Qaz Dəhlizi, Naxçıvan - Türkiyə Enerji Transmissiyası və Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələrinin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə “Azərenerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalandı”, - paylaşımda qeyd olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər