Azərbaycan QHT-ləri Ermənistanın mülki əhaliyə qarşı mina terrorunu pisləyib

Azərbaycan QHT-ləri Ermənistanın mülki əhaliyə qarşı mina terrorunu pisləyib
29.04.2023 14:48
Aa
dəq

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Tərtərdə üç nəfərin mina partlayışı nəticəsində həlak olması ilə bağlı tədbir keçirib, Ermənistanın mülki əhaliyə qarşı mina terroru bir daha qəti şəkildə pislənilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və digər vətəndaş cəmiyyəti institutlarının rəhbərləri iştirak ediblər.

Çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozduğunu və mina xəritələrini vermədiyini bildirib: "Ermənistan mina terroru ilə Qarabağda gedən bərpa-quruculuq işlərinə mane olmağa çalışır. Təkcə 44 günlük Vətən müharibəsi dövründə 301 nəfər mina qurbanına çevrilib. Onlardan 57 nəfəri həyatını itirib".

Tədbirdə çıxış edən Qarabağ qazisi, jurnalist Rəy Kərimoğlu Azərbaycanda xidməti fəaliyyət zamanı minaya düşən mülki şəxslərə şəhid və müharibə əlili statusunun verilməsini təklif edib: "Həlak olan mina qurbanları şəhid, əlil olan mina qurbanları isə müharibə əlili statusu ilə təmin edilməlidir. Minaya düşən şəxslər var ki, əmək qabiliyyəti yoxdur, II qrup əlillik verilib, cəmi 200 manat civarında müavinət alır. Bu, düzgün deyil. Həmin şəxslər müharibə əlili sayılmalıdır".

Sonda Azərbaycan QHT-ləri tərəfindən Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi mina terrorunun davamı ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanat ünvanlanıb.

Həftənin ən çox oxunanları

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3
DAVAMIN OXU davamın oxu

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu