Operativ Məlumat Mərkəzi

Azərbaycan Orta Asiya ölkələri energetika nazirlərinin birinci iclasında iştirak edəcək

1 dəq
Paylaş:
Azərbaycan Orta Asiya ölkələri energetika nazirlərinin birinci iclasında iştirak edəcək
Azərbaycan avqustun 6-da Astanada Orta Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edəcək. "Operativ Məlumat Mərkəzi-OMM"  bu...

Azərbaycan avqustun 6-da Astanada Orta Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Qazaxıstan Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

“Görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın energetika nazirləri və Azərbaycanın energetika nazirinin müavininin çıxışları planlaşdırılır”, - məlumatda bildirilib.

İclasa Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev sədrlik edəcək.

Azərbaycan Energetika Nazirliyindən “Report”a bildirilib ki, görüşdə energetika nazirinin müavini Orxan Zeynalov iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər