Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0,02 faiz artaraq, 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 milyon 264 40 nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Ölkə əhalisinin demoqrafik tərkibi isə aşağıdakı kimi formalaşıb:
- 54,3 faizini şəhər sakinləri;
- 45,7 faizini kənd sakinləri;
- 49,8 faizini kişilər;
- 50,2 faizini isə qadınlar təşkil edir.