Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

2 dəq
Paylaş:
Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov Prezidenti Kasım-Jomart Tokayevə etimadnaməsini təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM” Akordaya istinadən xəbər verir ki, diplomat etimadnaməsini dövlət başçısına Astanada, Müstəqillik Sarayında keçirilən mərasimdə təqdim edib.

səfirindən başqa, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiya səfirləri də etimadnamələrini təqdim ediblər.

Salamlama nitqində Tokayev Qazaxıstanın sülhsevər xarici siyasət kursuna sadiq olduğunu qeyd edib və ölkənin sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək səyini vurğulayıb.

Sonda Qazaxıstanın təmsil olunan ölkələrlə münasibətlərin daha da möhkəmləndirilməsində və çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.

Xatırladaq ki, İlham Əliyev iyulun 28-də Qazaxıstandakı səfiri dəyişib. Ondan əvvəl bu vəzifəni Ağalar Atamoğlanov tuturdu. Ə.Əsgərov isə daha əvvəl Azərbaycanın Tacikistandakı missiyasına rəhbərlik edirdi.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Xəbəri sonuncu öyrənməyin

Aktual — pulsuz xəbər bildirişi

Yüklə