Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN əhaliyə müraciət edib

2 dəq
Paylaş:
FHN əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləklə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a FHN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü küləyin əsəcəyi proqnozlaşdırılır.

Bununla bağlı FHN əhaliyə müraciət edərək, müvafiq qaydalarını bir daha xatırladıb.

Belə ki, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğu nəzərə alınaraq xatırladılıb ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Eləcə də zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub.

“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax