Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan nefti kəskin bahalaşdı - Son rəqəmlər

2 dəq
Paylaş:
Azərbaycan nefti kəskin bahalaşdı - Son rəqəmlər

Dünya bazarında " " markalı neftinin qiymətində kəskin artım müşahidə olunub. Neftin 1 barelinin dəyəri 6,85 ABŞ dolları və ya 9,41% 79,6 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 77,82 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir barelinin qiyməti isə 6,69 ABŞ dolları (9,54%) artaraq 76,79 ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) alınıb.

Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65% təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax