Ermənistanda reallaşacaq "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "Armenian Council"a istinadən məlumat yayıb.
Görüş zamanı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri bir araya gələcək. Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimitasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana daxil olub.
"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupunun iştirakı nəzərdə tutulub.