Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşdi

1 dəq
Paylaş:
Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşdi

sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına, həmçinin toxumlara və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə (bir sənəd) 25 manat dövlət rüsumu müəyyənləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax