Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq

2 dəq
Paylaş:
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq

Azərbaycanda pensiya, əməkhaqqı və ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “ Maliyyə və Bankçılıq Sammiti 2026” da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır.

“Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız üzrə stimullaşdırma tədbirləri genişlənəcək.

İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır”, - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax