Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əlillik təyinatı sadələşir: Yeni təklif

2 dəq
Paylaş:
Əlillik təyinatı sadələşir: Yeni təklif

Ombudsman əlilliyin qiymətləndirilməsi prosesini sadələşdirmək məqsədilə - ekspertiza müayinəsinə göndərişlərin verilməsi şərtlərində mühüm güzəştlər edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu təşəbbüs İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsində yer alıb və sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Ombudsman Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalarda dəyişiklik edilərək gözləmə müddətlərinin azaldılmasını irəli sürür. Təklifə əsasən, şəxsin eyni xəstəliklə son 3 (üç) ay müddətində fasiləsiz və ya son 6 (altı) ay ərzində fasilələrlə müalicə alması göndəriş verilməsi üçün kifayət etməlidir.

Bu güzəşt, müalicəyə baxmayaraq orqanizmin funksiyalarının bərpa olunmadığı və şəxsin cəmiyyət həyatında iştirakına mane olan sabit fiziki və ya psixi pozuntuların qaldığı hallara şamil edilir.

Müqayisə üçün bildirək ki, qüvvədə olan qanunvericilikdə bu tələb hazırda iki dəfə çoxdur – müvafiq olaraq 6 ay fasiləsiz və 12 ay fasiləli müalicə müddəti nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax