Milli Məclisdə Mediasiya Şurasına boşanmalarla əlaqədar yeni səlahiyyət verilməsi təklifi irəli sürülüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Şura boşanmaq istəyən kişi və qadınların niyyəti ilə bağlı rəy verməlidir:
"Mediasiyanın verdiyi rəy alimentin təyinatı zamanı nəzərə alına bilər. Çünki Azərbaycanda boşanmaların vəziyyəti acınacaqlıdır.
Rəqəmlərə əsasən, demək olar ki, ölkədə evlənən hər 100 cütlükdən təxminən 56-sı bir il keçmədən boşanır.
Boşanmaların əksəriyyətində ailənin kişi mənsubu ittiham olunur. Bəzi hallarda boşanmanın aliment niyyətindən qaynaqlandığı da iddia edilir.
Mediasiya tərəflərin boşanmaq səbəbi haqda rəy verərsə, alimentin təyinatı zamanı bunun nəzərə alınması boşanmaların sayına da təsir edə bilər".