Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN-dən kəskin hava xəbərdarlığı

2 dəq
Paylaş:
FHN-dən kəskin hava xəbərdarlığı

Fövqəladə Hallar Nazirliyi (FHN), ölkə ərazisində gözlənilən kəskin təhlükəsi ilə əlaqədar əhaliyə təcili xəbərdarlıq edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, fevralın 20-si səhərədək bəzi ərazilərdə güclü külək əsəcək. Hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı və temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcəyi gözlənilir.

Mövcud proqnozu nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini aşağıdakı qaydalarına riayət etməyə çağırır:

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq lazımdır. Elektrik dirəyi, naqillər və hündür ağacların altında dayanmaq həyat üçün təhlükəlidir.

şəraiti yanğınların söndürülməsini çətinləşdirdiyi üçün yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçilərinin belə havada dənizə çıxması qadağandır.

Soyuq ilə əlaqədar qaz və elektrik qızdırıcı cihazlarından istifadənin artması müşahidə olunur. Bu səbəbdən dəm qazı təhlükəsinə qarşı maksimum diqqətli olmaq tələb olunur.

Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməlidir. Elektrik şəbəkəsi həddindən artıq yüklənməməli və işlək vəziyyətdə olan cihazlar nəzarətsiz qoyulmamalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

FHN hər hansı təhlükə zamanı dərhal 112 qaynar xəttinə zəng etməyi tövsiyə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax