Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ETN: Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb

2 dəq
Paylaş:
ETN: Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb

təhsil sahəsində -dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək.

Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmış mühüm addımdır.

Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və bu sahədə dövlət dəstəyinin effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir.

Yeni modelin əsas mahiyyəti müəyyən edilmiş qaydalar çərçivəsində övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsindən, yəni aylıq təhsil haqqının müəyyən hissəsinin dövlət büdcəsi hesabına qarşılanmasından ibarətdir.

Bu yanaşma valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin inkişafına da əlavə stimul verəcək. Əsas məqsəd uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək və məktəbəqədər təhsilin əhatə dairəsini əhəmiyyətli dərəcədə artırmaqdır.

Elm və tərəfindən Fərmanın icrası istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin icrasına başlanılıb və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax