Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rəsmi Bakı Pakistana başsağlığı verdi

1 dəq
Paylaş:
Rəsmi Bakı Pakistana başsağlığı verdi

Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb.

"Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə, qardaş xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəni çöküb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax