Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

2 dəq
Paylaş:
Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Bu gündən Azərbaycanda qadınların pensiya 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xatırladır ki, bu kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində alınmış pensiya kapitalı əmək pensiyasının məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax