Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi səviyyədə Yaponiya hökuməti və xalqını Milli Günü münasibətilə təbrik edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
Təbrikdə deyilir: "Yaponiyanın Milli Günü münasibətilə Yaponiya hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik. Yaponiyanın Milli Günü mübarək!"
Bundan əlavə, Xarici İşlər Nazirliyi həmçinin Bruney Darüssəlamı da Milli Günü münasibətilə təbrik edib.
Paylaşımda qeyd olunub: "Bruney Darüssalamın Milli Günü münasibətilə Bruney hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik. Bruneyin Milli Günü mübarək!"