Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İstilik enerjisindən istifadə Qaydaları təsdiqləndi

2 dəq
Paylaş:
İstilik enerjisindən istifadə Qaydaları təsdiqləndi

"İstilik enerjisindən istifadə Qaydaları"nı təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, İstilik enerjisindən istifadə Qaydaları"nda İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

"İstilik enerjisindən istifadə Qaydaları"nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

"Azəristiliktəchizat" ASC "İstilik enerjisindən istifadə Qaydaları"nda nəzərdə tutulan paylayıcının müvafiq informasiya sisteminin formalaşdırılmasını doqquz ay müddətində təmin etməlidir.

1 noyabr – 1 may tarixlərində verilməsi nəzərdə tutulan ərazilərin siyahısı aşağıdakı kimi müəyyən edilib:

1. Ağsu rayonu

2. Ağstafa rayonu

3. Balakən rayonu

4. Daşkəsən rayonu

5. Gədəbəy rayonu

6. Xaçmaz rayonu

7. Xankəndi şəhəri

8. İsmayıllı rayonu

9. Kəlbəcər rayonu

10.Qax rayonu

11.Qazax rayonu

12.Qəbələ rayonu

13.Quba rayonu

14.Qusar rayonu

15.Laçın rayonu

16.Lerik rayonu

17.Naxçıvan Muxtar Respublikası

18.Oğuz rayonu

19.Siyəzən rayonu

20.Şamaxı rayonu

21.Şabran rayonu

22.Şəki şəhəri

23.Şuşa rayonu

24.Tovuz rayonu

25.Yardımlı rayonu

26.Zaqatala rayonu

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax