Xarici işlər naziri Ceyhun Bayramov Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Thongsavanh Phomvihane ilə görüşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.
Qeyd olunub ki, görüş BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində olub.
Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq sahələrinin araşdırılması istiqamətində qarşılıqlı öhdəliklərini bir daha təsdiqləyiblər.