Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və İran arasında genişmiqyaslı əməkdaşlıq sənədi imzalanıb

2 dəq
Paylaş:
Azərbaycan və İran arasında genişmiqyaslı əməkdaşlıq sənədi imzalanıb

Respublikası və İran İslam Respublikası arasında iqtisadi üzrə Birgə Komissiyanın 17-ci iclası çərçivəsində genişmiqyaslı sənədi imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənəd , energetika, su resursları, mədəniyyət və sosial sahələr daxil olmaqla, ümumilikdə 10 mühüm sektoru əhatə edir.

Memorandumu Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfindən isə yol və şəhərsalma naziri Fərzanə Sadiq imzalayıblar.

Razılaşma çərçivəsində tərəflər aşağıdakı istiqamətlər üzrə fəaliyyətlərini genişləndirmək barədə razılığa gəliblər:

  • : Avtomobil daşımaları, sərhəd idarəçiliyi və dəmir yolu əlaqələrinin inkişafı;
  • Energetika: Neft blokları üzrə birgə işçi qrupunun yaradılması və fəaliyyətin koordinasiyası;
  • Elektrik enerjisi: Azərbaycan, İran və Rusiya enerji sistemlərinin birləşdirilməsi, həmçinin Azərbaycan elektrik enerjisinin İrana ixracı;
  • Digər sahələr: Kənd təsərrüfatı, gömrük, sənaye, investisiya, turizm, idman və gənclər siyasəti.

Görüş zamanı həmçinin infrastruktur layihələrinin sürətləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması məsələləri də diqqət mərkəzində olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax