Operativ Məlumat Mərkəzi

Avqustun 7-dən şagird yerdəyişməsinə start veriləcək

1 dəq
Paylaş:
Avqustun 7-dən şagird yerdəyişməsinə start veriləcək
Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək. Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib...

Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.

Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər