Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib

2 dəq
Paylaş:
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib

Respublikası Şurasının iclası keçirilib. İclasda lisenziya üçün müraciətlərə baxılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Şuradan məlumat verilib.

Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "" MMC-yə sifarişli yayım provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul edib.

İclasda həmçinin, "" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı" TV olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.

İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax