Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə keçirdiyi görüşün nəticələrindən danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan keçirdiyi brifinqdə tərəflər arasında bir sıra mühüm razılaşmaların əldə olunduğunu bildirib.
Məlumata görə, Ermənistanın Baş naziri Rusiya hökumət başçısı ilə dialoqun səmimi, açıq və dostluq şəraitində keçdiyini qeyd edib.
Bildirilib ki, Paşinyan əldə olunan razılaşmaların detalları barədə məlumat verməyib. O, həmin məsələlərin həyata keçirilməsi prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan və Mixail Mişustin arasında görüş iyulun 6-da Yekaterinburqda baş tutub. Görüş zamanı iki ölkə arasında mövcud problemlərin həlli yolları müzakirə olunub.