Samvel Karapetyanın "Güclü Ermənistan" bloku Baş nazir Nikol Paşinyanın hakim Vətəndaş Müqaviləsi partiyasının 7 iyun parlament seçkilərində ən azı 100.000 səs toplamasının legitimliyini şübhə altına alır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər veri ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Vardevanyan bildirib ki, seçki prosesində iştirak edən təxminən 100 min soydaşlarının səsləri sistemə elektron şəkildə deyil, mexaniki şəkildə daxil edilib ki, bu da elektron yoxlamanın olmaması ilə bağlı suallar doğurur.
"Əminik ki, əslində Paşinyanın partiyası səslərin 43-44%-dən çoxunu toplamayıb. Bu, onların təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat qazanmadıqlarını göstərir. Bu ssenari bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, əgər həmin problemli 100 min səs olmasaydı, mövcud hakimiyyət ikinci tura keçərdi" , - o qeyd edib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib.
Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın hakim Vətəndaş Müqaviləsi partiyası səslərin 49,825%-ni toplayıb. Biznesmen Samvel Karapetyanın Güclü Ermənistan bloku 23,281%, keçmiş prezident Robert Koçeryanın Ermənistan bloku isə 9,934% səs toplayıb. Biznesmen Qagik Tsarukyanın Çiçəklənən Ermənistan partiyası isə 3,996% səs toplayıb və Ermənistan parlamentində yer ala bilməyib.
Yerli müşahidəçilər və müxalifət səsvermə zamanı görünməmiş qanun pozuntuları, o cümlədən səsvermə karusellərindən istifadə, bülletenlərin doldurulması və açıq səsvermə halları barədə məlumat veriblər. Seçkilər müxalifət nümayəndələrinin saxlanılması ilə müşayiət olunub.