Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan vətəndaşlarının Aİ-dən sığınacaq istəyi kəskin azaldı

2 dəq
Paylaş:
Ermənistan vətəndaşlarının Aİ-dən sığınacaq istəyi kəskin azaldı

Avropa İttifaqı (Aİ) ölkələrindən sığınacaq istəyən vətəndaşlarının sayı üçdə birdən çox azalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı müvafiq statistika yayılıb.

2025-ci ildə Aİ-yə üzv ölkələrdə sığınacaq üçün müraciət edən vətəndaşlarının sayı 2850 nəfər təşkil edib.

Bu göstərici 2024-cü ilin analoji dövrü (4330 nəfər) ilə müqayisədə 34 faizdən çox azalıb.

Müraciətlərin daha az olduğu dövr yalnız COVID-19 pandemiyası illərinə — 2020 və 2021-ci illərə təsadüf edib ki, bu da karantin rejimi və hava ilə sərnişindaşımanın kəskin azalması ilə bağlı idi.

Ermənistanla Aİ arasında hava yolu ilə sərnişindaşıma 178 min nəfər artıb. Başqa sözlə, azalan amil Aİ-də fiziki mövcudluq imkanları deyil, sığınacaq və orada qalmaq zərurətidir. Bu baxımdan 2025-ci il dönüş nöqtəsi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax