Ermənistan diplomatik əlaqələrini genişləndirərək Oman Sultanlığında rəsmi səfirlik açır.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsindəki səhifəsində açıqlama verib.
Məlumata əsasən, 17-19 mart tarixlərində XİN rəhbəri Ararat Mirzoyan Sultanlığa səfər edəcək. Səfər çərçivəsində nazirin omanlı həmkarı Səid Bədr ibn Həməd ibn Həmud Əl-Busaidi ilə ikitərəfli görüşü nəzərdə tutulur.
"Omanın paytaxtı Maskatda Ermənistan səfirliyinin rəsmi açılışı olacaq. Həmçinin, ərəb ölkələrində akkreditə olunmuş səfirlərin toplantısının keçirilməsi planlaşdırılır", - deyə Ani Badalyan qeyd edib.