Əsas məzmuna keç

Antoni Blinken: "Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır"

Antoni Blinken: "Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır"

bunu Yaxın Şərq ölkələrində səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib. “Associated Press”in məlumatına görə, dövlət katibi jurnalistlərə...

Dörd ərəb ölkəsi və Türkiyə ABŞ-ni İsraillə HƏMAS arasında münaqişə başa çatdıqdan sonra Qəzza zolağının bərpası və anklavın idarə olunmasının planlaşdırılmasında əməkdaşlığa hazır olduqlarına inandırıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Yaxın Şərq ölkələrində səfərdə olan ABŞ-nin Antoni bildirib.

“Associated Press”in məlumatına görə, dövlət katibi jurnalistlərə bildirib ki, , İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Qəzzanın gələcəyini planlaşdırmaqda iştirak etməyi nəzərdən keçirəcəklər: “Ölkə liderləri Qəzzanın zolağındakı vəziyyətin sabitləşməsinə və bərpasına kömək etmək, fələstinlilər üçün siyasi yol müəyyənləşdirmək və bütövlükdə regionda uzunmüddətli sülh, və sabitlik istiqamətində işləmək üçün barədə razılığa gəliblər”.

Qeyd edək ki, Blinken yanvarın 4-də İsrail, Türkiyə və ərəb ölkələrinə səfərlər də daxil olmaqla, Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…