Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ANAMA WUF13-də minatəmizləmə və şəhərlərin bərpasını müzakirə etdi

3 dəq
Paylaş:
ANAMA WUF13-də minatəmizləmə və şəhərlərin bərpasını müzakirə etdi

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Postmünaqişə dövründə şəhərlərin yenidən qurulması: Humanitar minatəmizləmənin mühüm rolu” mövzusunda tədbir keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycan pavilyonunda təşkil olunan tədbir ölkəmizin üzləşdiyi mina problemini ictimaiyyətin diqqətinə çatdırmaq, mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsirini vurğulamaq, eləcə də minatəmizləmə sahəsində qlobal və bərpa təcrübələrini müzakirə etmək məqsədilə dövlət qurumları və təşkilatların nümayəndələrini bir araya gətirib.

Tədbirdə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda, bərpa və yenidənqurmanın əsas təməlidir. Bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır. Böyük Qayıdış çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

O vurğulayıb ki, mina təhlükəsi tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır. Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir.

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun moderatorluq etdiyi panel müzakirələrdə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, ADA Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş səfiri Rodrigo Labardini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov iştirak ediblər.

Şəhərlərin yenidən qurulmasının əsasını təşkil edən minatəmizləmə fəaliyyəti və Azərbaycanın bu sahədə təcrübəsi, münaqişədən sonrakı dövrdə bərpa və yenidənqurmanın dəstəklənməsi üçün beynəlxalq , eləcə də minalardan təmizlənmiş ərazilərdə şəhərsalma və yenidənqurma mövzularında panel müzakirələr keçirilib.

Müzakirələrdə münaqişədənsonrakı dövrdə təhlükəsiz və inklüziv şəhərlərin yenidən qurulmasında humanitar minatəmizləmənin strateji əhəmiyyəti xüsusi vurğulanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax