Operativ Məlumat Mərkəzi

AMB və Astana Maliyyə Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

1 dəq
Paylaş:
AMB və Astana Maliyyə Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Mərkəzi Bankı və Astana Maliyyə Xidmətləri Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə "Operativ Məlumat...

Azərbaycan Mərkəzi Bankı və Astana Maliyyə Xidmətləri Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AMB-dən məlumat verilib.

Bildirilib ki, Memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda maliyyə bazarlarının təhlükəsiz fəaliyyətinin təşviqinə və məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi də nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər