Əliyar Ağayev UEFA-dan növbəti mühüm təyinat alıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, azərbaycanlı FIFA referisi Konfrans Liqasının pley-off mərhələsinin oyununu idarə edəcək.
Ağayev "KuPS Kuopio" - "Lex Poznan" qarşılaşmasında baş hakim olacaq.
Matçda həmyerlimizə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Ehtiyat hakim funksiyasını isə digər FIFA referisi Elçin Məsiyev yerinə yetirəcək.
VAR hakimi qismində İngiltərədən olan Stüart Atuel təyin edilib, ona bu işdə Nicat İsmayıllı yardımçı olacaq.