Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov 2 qardaş ölkəni DÇ-yə vəsiqə üçün təbrik etdi

2 dəq
Paylaş:
Əli Əsədov 2 qardaş ölkəni DÇ-yə vəsiqə üçün təbrik etdi

Azərbaycanın qardaş ölkələr olan Özbəkistanı nailiyyət – futbol üzrə dünya çempionatına vəsiqə qazanmaları münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentinin görüşündə çıxışı zamanı Əli Əsədov xatırladıb ki, martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə (1-0) nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına (ABŞ, Meksika və Kanadada təşkil ediləcək) vəsiqə qazanıb.

"Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb", - deyə hökumət başçısı bildirib.

O vurğulayıb ki, hər iki uğur bütövlükdə Türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər: "Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax