Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aleksandar Vuçiç: İlham Əliyevin fəaliyyəti tərəqqinin əsasıdır

2 dəq
Paylaş:
Aleksandar Vuçiç: İlham Əliyevin fəaliyyəti tərəqqinin əsasıdır

Möhtəşəm qonaqpərvərliyə, Bakıda gözəl qəbula və unudulmaz bir tədbirə bizi qəbul etdiyinizə görə İlham Əliyevə, mənim əziz dostuma təşəkkür edirəm. Mən hər dəfə Bakıya gələndə böyük dəyişikliklərin və tərəqqinin, xalqının, Prezident İlham Əliyevin birlikdə öz ölkələri üçün etdiklərinin şahidi oluram. Sizin əzminiz, qətiyyətiniz və Prezident İlham Əliyevin xalqına bağlılığı bu inanılmaz tərəqqinin təminatçısıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) liderlərin bəyanatları zamanı Prezidenti Vuçiç deyib.

Aleksandar Vuçiç Azərbaycana WUF13-ə ev sahibliyi və innovativ təşəbbüsləri ilk dəfə zirvə görüşü səviyyəsində təşkil etməsi səbəbindən təşəkkür edib. O vurğulayıb ki, bu, həqiqətən Ümumdünya Şəhərsalma Forumunun tam potensialının reallaşmasına xidmət edir. Xəzər dənizinin sahilində bu mükəmməl ölkənin məhz urbanizasiya, şəhərsalma problemlərinin həllinə yönələn Fourma ev sahibliyi etməyi də təsadüfi deyil.

Serbiya Prezidenti hər kəs üçün əlçatan və təhlükəsiz mənzillərin təmin olunması sahəsinin biznes dairələri, qeyri-hökumət təşkilatları, hökumətləri və özəl qurumları əhatə etdiyinə diqqət çəkib. Aleksandar Vuçiç vurğulayıb ki, minlərlə insan Bakıda məhz şəhərlərin gələcəyini müzakirə etmək və üzləşdiyi çağırışları birlikdə incələmək üçün toplaşıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax