ABŞ-də Ağ Ev müxbirlərinin illik şam yeməyi zamanı baş verən atışma ilə bağlı yeni detallar açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 25-i axşamı Vaşinqton Hilton otelində keçirilən tədbir zamanı baş verib.
Məlumata görə, 31 yaşlı Koul Allen adlı şəxs nəzarət məntəqəsinə hücum edərkən silahlı olub və üzərində ov tüfəngi, tapança və bir neçə bıçaq daşıyıb.
Qeyd edilib ki, o, bir neçə dəfə atəş açıb və açılan güllələrdən biri ABŞ Məxfi Xidmət agentinə dəyib.
Bildirilib ki, medianın yaydığı məlumata əsasən, güllə agentin mobil telefonu və gülləkeçirməz jileti sayəsində dayandırılıb və onun həyatı xilas edilib.
Məlumata görə, hadisədən sonra təhlükəsizlik qüvvələri hücumçunu zərərsizləşdirərək saxlayıb.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp hadisə zamanı yaralanan agentlə bağlı danışaraq onun vəziyyətinin yaxşı olduğunu bildirib və onun cəsarətini tərifləyib.
Bildirilib ki, otelin foyesində qısa, lakin gərgin atışmadan sonra vəziyyət nəzarət altına alınıb.