Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda WUF13 forumu: Əfqanıstan heyəti artıq yola düşüb

2 dəq
Paylaş:
Bakıda WUF13 forumu: Əfqanıstan heyəti artıq yola düşüb

Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin (NEPA) rəhbəri Mövləvi Məti-ül-Haq Xalis Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında () ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NEPA məlumat yayıb.

Bildirilib ki, artıq Azərbaycana düşüb və forumun tədbirlərində fəal iştirak etmək niyyətindədir.

Xüsusilə də, nümayəndələr , şəhərlərdə ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf, tullantıların idarə olunması, "yaşıl şəhərlər"in inkişafı, havanın çirklənməsinin azaldılması və şəhər sistemlərinin dayanıqlığının artırılmasına həsr olunmuş texniki sessiyalarda və müzakirələrdə iştirak edəcəklər.

Səfər çərçivəsində, həmçinin ekoloji əməkdaşlığın, texniki yardımın və birgə layihələrin müzakirə edilməsi məqsədilə təşkilatlar, donorlar və müxtəlif ölkələrin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax