Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Adil Kərimli: Kitabxana şəbəkəsi tələbatın 35 faizini ödəyir

2 dəq
Paylaş:
Adil Kərimli: Kitabxana şəbəkəsi tələbatın 35 faizini ödəyir

Kitabxana şəbəkəsi əhalinin yalnız 35 faizinin tələbatını ödəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin vəziyyəti və perspektivləri" mövzusunda keçirdiyi ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, bu gün Mədəniyyət Nazirliyi bütün ölkə vətəndaşlarının, eyni zamanda, ölkəyə gələn qonaqların, xarici vətəndaşların kitaba əlçatanlığının təmin edilməsini əsas hədəf kimi qarşısına qoyub:

"Bu hədəfə çatmaq üçün kitabxananın xidmət şəbəkəsi sistemi, yerləşməsi formalaşdırılır. Düzdür, hazırda infrastruktur baxımından kifayət qədər bina var. Amma onlar bu sahədə tələbatı tam təmin edə bilirmi? Xeyr, baxımından lokallaşması, yerləşməsi prinsipini əsas götürsək, təsisatlar bütövlükdə bu sahədəki tələbatın 35 faizini yerinə yetirə bilir".

Nazir ölkə əhalisinin 95 faizinin kitabxanaya əlçatanlığını təmin etməyi hədəflədiklərini də söyləyib:

"Gələcək hədəfimiz 100 faiz kitabxanaya əlçatanlığı təmin etməkdir . Bir sözlə, Bakıdakı universitetlərdəki regionalardakı universitetlərdə də eyni olmalıdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax