Operativ Məlumat Mərkəzi

ABŞ və müttəfiqləri HƏMAS-ı atəşkəsi qəbul etməyə çağırır

1 dəq
Paylaş:
ABŞ və müttəfiqləri HƏMAS-ı atəşkəsi qəbul etməyə çağırır
bu barədə "Reuters" məlumat yayıb. “Bu kritik anda biz İsrail liderlərini, eləcə də HƏMAS-ı bu razılaşmanın tamamlanması üçün zəruri olan son güzəştlərə...

ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və bəzi digər dövlətlər birgə bəyanat yayaraq, HƏMAS qruplaşmasını Co Baydenin Qəzzada daimi atəşkəs təklifini qəbul etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Bu kritik anda biz İsrail liderlərini, eləcə də HƏMAS-ı bu razılaşmanın tamamlanması üçün zəruri olan son güzəştlərə getməyə çağırırıq”, - bəyanatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, müvafiq çağırış Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Kolumbiya, Danimarka, Fransa, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya və Tayland liderləri tərəfindən də dəstəklənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər