Operativ Məlumat Mərkəzi

ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək verəcək

1 dəq
Paylaş:
ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək verəcək

ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək vermək barədə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ABŞ-nin dəstəyi üzrə əməkdaşlıq etmək barədə razılığa gəldik. Ənənəvi enerji tərəfdaşlığını yeni mərhələdə inkişaf etdirmək üçün imkanları nəzərdən keçirdik”, - deyə nazir bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər