Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ADB: 2026-cı il inflyasiya proqnozu sabitdir

2 dəq
Paylaş:
ADB: 2026-cı il inflyasiya proqnozu sabitdir

İnkişaf Bankı (ADB) Azərbaycanda orta inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyini, 2027-ci ildə isə 4,9 %-dək azalacağını proqnozlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Asiya İnkişaf Bankının "Asiyanın İnkişaf Perspektivləri" (ADO) adlı iyul icmalına istinadən xəbər verir. Bankın aprel proqnozu da eyni olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-lə müqayisədə 5,6 % təşkil edib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (fevral 2026-cı il) əsasən, cari ildə illik inflyasiya 5,9 %, 2027-ci ildə isə 4,5 % olacaq.

BMT isə bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

"Moody's" reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda illik inflyasiyanı 2026-cı ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % səviyyəsində olacağını gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax