İlin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib

İlin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
22.01.2024 12:20
Aa
dəq

Yanvar ayının 19-da Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərləri və əməkdaşlarının iştirakı ilə 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müşavirəni giriş nitqi ilə açan nazir müavini Mirsaleh Seyidov bildirib ki, əlamətdar günlər və mühüm hadisələrlə zəngin olmuş yola saldığımız 2023-cü il ölkəmizin dövlətçilik tarixinə parlaq Zəfərlə yazılıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən lokal antiterror əməliyyatları nəticəsində dövlətimizin suverenliyi bərpa olunub, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində məcburi köçkün düşmüş minlərlə vətəndaş öz doğma yurdlarına qayıdıb. Azərbaycan xalqı dərin ehtiram və böyük minnərdarlıq hissi ilə milli dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edib.

Azərbaycan xalqı möhtərəm Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Ulu Öndərin ideya və amallarını uğurla inkişaf etdirərək dövlətimizin sosial-iqtisadi tərəqqisini, beynəlxalq reytinqlər üzrə sürətli və dayanıqlı inkişafını təmin etdiyinin şahidi olub.

Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımız sürətlə bərpa olunur, bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr gerçəkləşdirilir.

Ötən dövrdə Penitensiar xidmətin infrastrukturunun yenilənməsi,fəaliyyətin təkmilləşdirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma və maddi-məişət şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilib. Penitensiar xidmətə işə qəbul sahəsində şəffaflığın və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə işə qəbul barədə elanlar verilib, Müsabiqə Komissiyasının tərkibinə İctimai Şuranın nümayəndələri daxil edilib.

Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov xidmətin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi bildirib ki, Tədbirlər Planına uyğun olaraq xidmətin bütün qurumlarında Heydər Əliyevin 100 illik yubileyi yüksək minnətdarlıq hissi ilə geniş qeyd olunub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.

2023-cü il ərzində Penitensiar xidmət tərəfindən qarşıda duran vəzifələr yerinə yetirilib, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər üzərində nəzarətin gücləndirilməsi və profilaktik işin daha səmərəli təşkili nəticəsində cinayətlərin, rejim pozuntularının sayı azalıb, narkotik və qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə mübarizədə müsbət nəticələrə nail olunub. Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin daha səmərəli təşkili nəticəsində göstəricilər əldə edilib, daxili işlər və prokurorluq orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində 1997-ci ildə bir nəfərin, digər dövrlərdə 4 nəfərin qətlə yetirilməsi və bir nəfərin həyatına sui-qəsd faktları ilə bağlı qalmış cinayətləri törətmiş şəxslər müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinərək barəsində axtarış elan edilmiş bir nəfər saxlanılıb, 5 fakt üzrə Bakı şəhərinin ərazisində 21 kiloqramdan çox narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Baş idarə və tabe qurumlarda təmir-abadlıq işləri aparılıb, əməkdaşların iş şəraitlərinin yaxşılaşdırılması məqsədilə xidməti otaqlar yeni avadanlıqlarla təchiz edilib. Xidmətin fəaliyyəti barədə cəmiyyətə vaxtında düzgün və dolğun məlumatların verilməsi, şəffaflığın artırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə Çağrı mərkəzi, eləcə də sosial şəbəkələrdə yeni rəsmi səhifələr yaradılıb, xidmətin internet səhifəsi yenilənib. Cənab Prezidentin ədliyyə sahəsində inkişafın təmin edilməsi istiqamətində verdiyi tapşırıqlarа uyğun olaraq aparılan köklü islahatlar çərçivəsində ötən ilin sonunda Bakının Umbakı qəsəbəsində və cari ilin əvvəlində Lənkəran şəhərində yeni penitensiar komplekslər istifadəyə verilib.

Məhkumların reinteqrasiya prosesinin gücləndirilməsi çərçivəsində ictimai faydalı əməyə cəlb olunmaları üçün digər dövlət qurumları ilə birlikdə yeni layihələrin həyata keçirilməsi, onlar üçün peşə kurslarının təşkili, yeni istehsalat sahələrinin yaradılması istiqamətində də uğurlara imza atılıb. Yeni yaradılmış istehsalat sahələrində ictimai faydalı əməyə cəlb olunan məhkumların sayında artım müşahidə olunub. Bu sahədə görülmüş işlər, habelə aparılan fərdi tərbiyəvi tədbirlər nəticəsində məhkumlar tərəfindən dəymiş ziyanın ödənilməsi 2,4 dəfə artıb.

Ötən dövr ərzində məhkumların Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının daha geniş tətbiq edilməsinə məsələsinə də diqqət artırılıb. Nəticədə 2023-cü ildə 11 məhkumun müəssisənin hüdudlarından kənara qısamüddətli səfərə getməsinə şərait yaradılıb, Tərbiyə müəssisəsində saxlanılan və yetkinlik yaşına çatmayan 7 məhkum isə müəssisənin hüdudlarından kənarda keçirilən mədəni-kütləvi tədbirlərə tamaşa etmək üçün şəhər gəzintisinə çıxarılıb.

Müşavirədə Ədliyyə Nazirliyinin məsul rəhbər şəxslərinin və Penitensiar xidmətin tabe qurumlarının rəhbərlərinin çıxışları dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqlar verib.

Həftənin ən çox oxunanları

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib
DAVAMIN OXU davamın oxu

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident bu şəxsləri təltif etdi - SİYAHI
DAVAMIN OXU davamın oxu

AZAL-ın prezidenti təyin edilib

AZAL-ın prezidenti təyin edilib
DAVAMIN OXU davamın oxu

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU
DAVAMIN OXU davamın oxu

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir
DAVAMIN OXU davamın oxu