Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vaqif prospektindəki xətlənmə ilə bağlı AÇIQLAMA

2 dəq
Paylaş:
Vaqif prospektindəki xətlənmə ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Bakının müxtəlif küçə və prospektlərində yol hərəkətinin təşkilində və xətlənmələrdə edilmiş dəyişikliklər müzakirə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son olaraq Vaqif prospektində xətlənmə işləri ilə bağlı yarandığı bildirilib.

Ərazidən video paylaşan sürücü zolaqların eninin müxtəlif olmasının və mikromobillik zolağının kənarındakı çıxıntıların anlaşılmadığını, onlarda çaşqınlıq yaratdığını bildirib.

Mövzu ilə bağlı Yerüstü Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirilib ki, Vaqif prospektində xətlənmə aparılarkən normativlərə əməl edilib.

“Vaqif prospektində sağ zolaq sərnişinlərin minib-düşməsi məqsədilə daha enli təşkil edilib. Yol boyu 3.28 yol nişanları quraşdırılıb. Bu həll sağ zolaqda qısamüddətli dayanma edən vasitələrinin arxadan gələn axının hərəkətinə mane olmaması üçün tətbiq olunur.

Zolaqların başlanğıcında və sonunda yarımdairə buferlər isə nəqliyyat vasitələrinin konkret dayanma ərazisini müəyyən edir. Bu buferlər kəsişən küçələrə daxil olan və prospektə çıxan avtomobillərin təhlükəsiz manevr radiusunu qorumaq məqsədi daşıyır”, - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax