Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

SEPAH-dan Hörmüz boğazından keçmək istəyən gəmilərlə bağlı bəyanat

2 dəq
Paylaş:
SEPAH-dan Hörmüz boğazından keçmək istəyən gəmilərlə bağlı bəyanat

İran boğazından keçmək bütün gəmilərin "Fars Su Yolu İdarəetmə "na müraciət etməli olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, SEPAH Hörmüz boğazından keçmək istəyən gəmilərlə bağlı yayıb.

Bəyanatda bütün gəmi sahibləri və kapitanlarının İranın Hörmüz boğazından keçidlər üçün yaratdığı "Fars Körfəzi Su Yolu İdarəetmə Qurumu"nun sisteminə müraciət edərək keçid icazəsi almalı olduqları qeyd edilib.

Sistemin müraciətləri araşdırdığı və sorğusu təsdiqlənən gəmilərə keçid icazəsi verildiyi bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana hücumları ilə başlayan müharibə zamanı İran Hörmüz boğazını bağlamış, icazəsiz keçməyə çalışan gəmiləri raket və pilotsuz uçuş aparatları ilə vurmuşdu. İran rəsmiləri parlamentdə müharibədən sonra Hörmüz boğazından "təhlükəsiz keçid" rüsumunun alınmasını nəzərdə tutan qanun layihəsinin hazırlandığını bəyan etmişdilər. Hazırlanmış layihənin yaxın vaxtlarda parlamentin ümumi iclasında səsverməyə çıxarılaraq qanuniləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, İran boğazdakı keçidləri idarə etmək və rüsum planları çərçivəsində keçən ay "Fars Körfəzi Su Yolu İdarəetmə Qurumu" adlı bir təşkilatın yaradıldığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax